Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq. Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Bu raundda eyni ölkənin təmsilçiləri və qrup mərhələsində üz-üzə gələn komandalar bir-birilərinə rəqib olmayacaqlar. Qruplarda birinci yeri tutan komandalar səpələnmişlər, ikinci yerin sahibləri isə səpələnməmişlər hesab edilir.

Səpələnmişlər: “Arsenal”, “Mançester Siti” (hər ikisi İngiltərə), “Atletiko”, “Barselona”, “Real”, “Real Sosyedad” (hamısı İspaniya), “Bayern”, Dortmund “Borussiya”sı (hər ikisi Almaniya).

Səpələnməmişlər: “Kopenhagen” (Danimarka), “İnter”, “Latsio”, “Napoli” (hər üçü İtaliya), “Leypsiq” (Almaniya), PSJ (Fransa), “Portu” (Portuqaliya), PSV (Niderland).

1/8 final mərhələsinin ilk oyunları 13, 14, 20, 21 fevralda, cavab matçları 5, 6, 12, 13 martda olacaq.

***

Bu gün Konfrans Liqasında da pley-off mərhələsinin püşkü atılacaq. İsveçrənin Nyon şəhərində baş tutacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qrup mərhələsində 2-ci yeri tutan komandalar UEFA Avropa Liqasında qrup üçüncülərinə rəqib olacaqlar.

Səpələnmişlər: “Budyo-Qlimt” (Norveç), “Dinamo” (Zaqreb, Xorvatiya), “Ferentsvaroş” (Macarıstan), “Ayntraxt” (Almaniya), Gent (Belçika), “Legiya” (Polşa), “Ludoqorets” (Bolqarıstan), “Slovan” (Slovakiya).

Səpələnməmişlər: “Ayaks” (Niderland), “Makkabi” (Hayfa, İsrail), “Molde” (Norveç), “Olimpiakos” (Yunanıstan), “Betis” (İspaniya), “Servett” (İsveçrə), “Şturm” (Avstriya), “Union” (Belçika).

Pley-off mərhələsinin oyunları 2024-cü il fevralın 15-i və 22-də keçiriləcək.

Shares: