“Napoli” Erik Dayeri heyətinə qatmaq istəyir. İtaliya klubu “Tottenhem”dən ayrılmaq fikrində olan futbolçuya qışda təklif göndərəcək.
Futbolinfo.az xəbər verir ki, 29 yaşlı cinah müdafiəçisi londonlularla yayda başa çatacaq müqaviləni yeniləməkdən imtina edib. O, 10 ildir şərəfini qoruduğu komandanı tərk edərək mühiti dəyişmək niyyətindədir.
2014-cü ildə yetirməsi olduğu Portuqaliya “Sportinq”indən “Tottenhem”ə 5 milyon avroya keçən Dayer bu müddətdə əsas heyətin aparıcı üzvlərindən olub. Amma titul qazanmaqda çətinlik çəkən oyunçu İtaliyaya bu arzu ilə yollana bilər.