Bu həftə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunları keçiriləcək.
Futbolinfo.az xəbər verir ki, bu görüşlər dörd günü əhatə edəcək.
Peşəkar Futbol Liqası üz-üzə gələcək cütlərin ölkə kuboku tarixindəki əvvəlki oyunlarının balansını açıqlayıb.
Azərbaycan Kuboku
1/8 final
18 dekabr (bazar ertəsi)
“Kəpəz” – “Sabah” – 2 oyun, +1=0-1, top fərqi – 4-2
Əvvəlki oyunların hər ikisində eyni sayda – 3 qol vurulub. “Kəpəz” bu matçları qolsuz tərk etməyib.
2020/21 | 1/8 final | Sabah (Bakı) – Kəpəz (Gəncə) | 1:2 |
2021/22 | 1/8 final | Sabah (Bakı) – Kəpəz (Gəncə) | 3:0 |
“Sumqayıt” – “Karvan” –indiyədək qarşılaşmayıblar
19 dekabr (çərşənbə axşamı)
“İrəvan” – “Araz-Naxçıvan” – indiyədək qarşılaşmayıblar
“İmişli” – “Qəbələ” – indiyədək qarşılaşmayıblar
20 dekabr (çərşənbə)
“Səbail” – “Şamaxı” – indiyədək qarşılaşmayıblar
“Zirə” – “Turan Tovuz” – 1 oyun, +1=0-0, top fərqi – 1-0
Yeganə oyunda “Zirə” qalib gəlib. Həmin matçda cəmi 1 qol vurulub.
2016/17 | 1/8 final | Turan Tovuz – Zirə (Bakı) | 0:1 |
21 dekabr (cümə axşamı)
“Qarabağ” – MOİK – 5 oyun, +3=1-1, top fərqi – 11-4
Son üç oyunda “Qarabağ” qələbə qazanıb. MOİK son üç matçın hərəsində 2 və ya daha çox top buraxıb.
2000/01 | 1/8 final | OİK (Bakı) – Qarabağ (Ağdam) | 1:1, 1:0 |
2006/07 | 1/16 final | MOİK (Bakı) – Qarabağ (Ağdam) | 0:2, 0:4 |
2014/15 | 1/8 final | Qarabağ (Ağdam) – MOİK (Bakı) | 4:2 |
“Neftçi” – “Qaradağ Lökbatan” – 4 oyun, +4=0-0, top fərqi – 18-0
“Neftçi” bütün oyunlarda qələbə qazanıb. “Qaradağ Lökbatan” qol vurmayıb.
2009/10 | 1/8 final | Neftçi (Bakı) – Neftçi-İSM (Bakı) | 5:0, 2:0 |
2014/15 | 1/8 final | Neftçi (Bakı) – Qaradağ-Lökbatan | 3:0 |
2015/16 | 1/8 final | Neftçi (Bakı) – Qaradağ-Lökbatan | 8:0 |