Azərbaycan üzgüçüləri Ramil Vəlizadə, Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov Serbiyanın Niş şəhərində keçirilən gənclər arasında 32-ci Sveti Nikola adına beynəlxalq turnirdə 8 medal qazanıblar.

Futbolinfo.az xəbər verir ki, idmançılarımız 4 qızıl, 1 gümüş və 3 bürünc medala yiyələniblər.

Milli üzvləri dünya çempionatına və Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda Albaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Serbiya və Şimali Makedoniyanın təmsilçiləri ilə mübarizə aparıblar.

Ramil Vəlizadə batterflyay üsulu üzrə 200 metr məsafəyə üzməkdə A finalında 2.03.01 göstərici ilə bütün rəqiblərini qabaqlayıb. O, bununla turnirin rekordunu yeniləyib. R.Vəlizadə batterflyay üsulu üzrə 100 mert məsafəyə üzməkdə də (55.23) A finalında turnirin rekordunu yeniləyərək, fəxri kürsünün birinci pilləsinə yüksəlib. Vəlizadə batterflyay üsulu üzrə 50 metr məsafəyə üzməkdə (25.27) A finalında ikinci yeri tutub.

Rəşad Alquliyev 50 metr arxasıüstə üzməkdə (A finalı – 28.83) bürünc medal əldə edib. İdmançı 100 metr arxasıüstə üzməkdə (A finalı – 1.00.58) də 3-cü pillədə qərarlaşıb.

Əbdürrəhman Rüstəmov isə 200 metr batterflyay üsulu üzrə üzməkdə B finalında birinci, A finalında 2.11.08 göstərici ilə üçüncü yeri tutub.

Shares: