Rusiyanın “Krasnodar” klubunun skautu Maksim Buznikin braziliyalı yarımmüdafiəçi Kadi Borgesin yenidən “Qarabağ”a qayıdacağı ilə bağlı xəbərlərə münasibət bildirib.
Futbolinfo.az-a açıqlama verən klub rəsmisi yayılan məlumatları təkzib edib: “Bizdə bu cür məlumat yoxdur. Hazırda Kadinin “Qarabağ”a qayıtması və ya icarəyə verilməsi müzakirə edilmir”.
Qeyd edək ki, Kadi Borges cari ilin əvvəlində “Qarabağ”dan “Krasnodar”a transfer edilmişdi.