Fransa millisinin futbolçusu Antuan Qrizmann İspaniyanın “Atletiko” klubunda yeni uğura imza atıb.
Futbolinfo.az “Opta Sport”a istinadən xəbər verir ki, 32 yaşlı hücumçu buna “Xetafe” ilə heç-heçə (3:3) etdikləri La Liqanın 18-ci turunun matçında dubl etməklə nail olub.
Təcrübəli forvard paytaxt təmsilçisindəki qollarının sayını 173-ə çatdıraraq klub tarixinin bombardiri Luis Araqonesə çatıb.
“Atletiko” turnir cədvəlində 35 xalla 4-cü pillədə qərarlaşıb.