Bəhreyn İnvestisiya Fondu “McLaren” komandasının digər minoritar sahibləri ilə danışıqları yekunlaşdırmaq üzrədir. Bu barədə “Sky News” məlumat verib.

Danışıqlar bitdikdən sonra həmin səmdarlar öz səhmlərini zəmanətlə fonda təhvil verəcəklər. Həftənin sonuna qədər tam razılaşma haqqında rəsmi bəyanatın yayılması gözlənilir.

Bunun nəticəsində “McLaren”in səhm kapitalının qalan 20%-i yeni müqaviləyə konvertasiya ediləcək. Bəhreyn dövləti isə şirkətlər qrupunun yeganə səhmdarı olacaq. Bu, həm də onların Formula 1 komandasının sahibi olmaları deməkdir.

İnsayderlərin məlumatına görə, belə bir razılaşmanın əldə edilməsi “Mumtalakat” qrupunun komandaya inandığından xəbər verir. Bu isə o deməkdir ki, uzun illik uğursuzluqdan sonra yarışlarda qələbəyə namizəd olmaq mümkündür.

Shares: