Xankəndi stadionunda “Qarabağ” – MOİK oyunu ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir. Artıq stadionunda yeni oturacaqların quraşdırılması başa çatıb.

Tribunanın arxa qapılarından birinin üzərində böyük hərflərlə “Qarabağ Azərbaycandır”, digərində isə “Xankəndi” sözləri yazılıb.

Bu arada tanınmış aparıcı Sənan Şəfizadə özünün İnstaqram səhifəsində Xankəndi stadionundan yeni şəkillər paylaşıb. Şəkillər axşam vaxtı çəkilib. Həmin anda projektor işığı altında arenada texniki işlərin həyata keçirildiyi görünür. Bundan başqa, stadionda elektron reklam lövhələri də yerləşdirilib və onun sınaqları həyata keçirilib.

Qeyd edək ki, Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qarabağ” – MOİK matçı dekabrın 21-i, saat 14:00-da Xankəndi stadionunda başlayacaq.

Shares: