“Nottingem Forest” yeni baş məşqçisini rəsmən təqdim edib. 2,5 illik müqavilə bağlayan Nuno Espirito Santo “meşəbəyilər”i indiki çətin durumdan çıxarmağa çalışacaq.

Futbolinfo.az xəbər verir ki, portuqaliyal mütəxəssis bu postda istefaya göndərilən Stiv Kuperi əvəz edəcək. O, komandanı Premyer Liqanın autsayderinə çevrilməkdən qurtara bilməmişdi. Nottingemlilər hazırda 14 xalla 17-ci sıradadır.

Santo bir müddət öncə “Əl İttihad”dan ayrılıb. O, daha öncə İngiltərədə “Vulverhempton” və “Tottenhem”ə rəhbərlik edib. Portuqaliyalı vaxtilə “Portu”, “Valensiya” və “Riu Ave”yə də rəhbərlik edib.

Shares: