İntizam Komitəsinin iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, iclasda Premyer Liqanın 17-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Kəpəz” – “Sumqayıt” oyununun 26-cı dəqiqəsində, həmçinin oyun bitdikdən sonra “Sumqayıt” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Sumqayıt” klubu 1500 manat cərimə edilib.

“Səbail” – “Qəbələ” oyununun 36-cı dəqiqəsində “Qəbələ” klubunun 19 nömrəli futbolçusu Samuel Tetteh təcavüzkar davranışa (rəqibə zərbə endirdiyinə) görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, “Qəbələ” klubu 3000 manat cərimə edilib.

“Araz-Naxçıvan” – “Sabah” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Sabah” klubu 700 manat cərimə edilib.

“Qarabağ” – “Neftçi” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Qarabağ” klubu 1000 manat cərimə edilib.

“Qarabağ” – “Neftçi” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Neftçi” klubu 1000 manat cərimə edilib.

Shares: