İntizam Komitəsinin iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, iclasda Əvəzedicilər Liqanın 17-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Səbail-2” – “Qəbələ-2” oyununun 64-cü dəqiqəsində “Səbail-2” komandasının 16 nömrəli futbolçusu Emin Rüstəmov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Səbail-2” komandası 50 manat cərimə edilib.
“Səbail-2” – “Qəbələ-2” oyununda “Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail-2” komandası 70 manat cərimə edilib.
“Səbail-2” – “Qəbələ-2” oyununda “Qəbələ-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Qəbələ-2” komandası 70 manat cərimə edilib.
“Qarabağ-2” – “Neftçi-2” oyununda “Qarabağ-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ-2” komandası 70 manat cərimə edilib.
“Qarabağ-2” – “Neftçi-2” oyununun sonlarında matçın rəsmi protokolunda adı olmayan, “Qarabağ-2” komandasının əməkdaşı İlqar Fətəliyev hakimləri təhqir etdiyinə görə 5 oyun cəzalanıb, “Qarabağ-2” komandası 400 manat cərimə edilib.
“Qarabağ-2” – “Neftçi-2” oyununun sonlarında “Qarabağ-2” komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlər təhqir edildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Qarabağ-2” komandasına xəbərdarlıq edilib.