Moskvada, üstündə Messinin şəkli olan paketlərdə kokain aşkar edilib. Narkotik vasitənin ümumi çəkisi yarım tondan çox olub.

Kokain Avropa Birliyi ölkələrinə göndərilmək üçün nəzərdə tutulmuşdu. Bu barədə məlumatı Rusiya Federal Təhlükəsizlik İdarəsi verib.

Narkotik vasitə iki rusiyalı vətəndaşda tutulub. Onların Latın Amerikası narkotacirləri ilə əlaqəli olduğu aşkar edilib. Qurumun xəbərinə görə, hər iki vətəndaş qonşu ölkədən Rusiyaya gəlib. Onların vəzifəsi böyük həcmdə gətirilmiş kokaini digər ölkələrə göndərmək olub.

Kokakinin ümumi çəkisi 673 kq təşkil edib. Bu qədər kokakinin Rusiyanın qara bazarında ümumi qiyməti 2,5 milyard rubldur.

Cinayətkarların yaxalandığını nümayiş etdirən videoda paketlərin üstündə Lionel Messinin şəkli olduğu görünür.

Shares: