Xosep Qvardiola ngiltərədən ayrılmaq istəmir. “Mançester Siti”nin baş məşqçisi İspaniyaya mümkün dönüşü barədə sualı cavablayarkən bu barədə danışıb.

Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis müqaviləsinin sonunadək iş yerni dəyişməyəcəyini deyib: “Mançesterdə xoşbəxtəm, hələ burada görəcəyimiz işlər var. Daha bir mövsümlük müqaviləm mövcuddur. Məni qovmayacaqlarına ümid edirəm və daha uzun müddət qala bilərəm”.

2016-cı ildən “Mançester Siti”yə rəhbərlik edən mütəxəssis klubu ən yüksək səviyyəyə qaldırıb, onun vaxtında ilk dəfə Çempionlar Liqası qazanılıb.

Shares: