Yayda “Neftçi”dən ayrılaraq Serbiyanın “Partizan” klubuna keçən Mateus Saldanya karyerasını Türkiyə Superliqasında davam etdirə bilər. İstanbul klubunun rəsmiləri 24 yaşlı futbolçu üçün Belqrada gedərək onun çıxışını izləyiblər (TRT Spor).

Saldanya cari mövsümdə “Partizan” forması ilə Serbiya çempionatında 18 rəsmi matçda 14 qol və 4 məhsuldar ötürməyə imza atıb. Qışda heyətini gücləndirmək istəyən İstanbul nəhəngi xüsusilə hücum xəttinə yeni transferlər etmək niyyətndədir.

Xatırladaq ki, Saldanya “Neftçi”dən qalmaqalla ayrılmışdı. Bakı klubunda icarə əsasında oynayan braziliyalı qışadək müqaviləsi olsa da, təzminat ödəyərək mövsüm başlamamış yeni klubuna keçmişdi.

Shares: