İngiltərədə mərc kontorları məşqçi istefalarıilə bağlı pul qoyuluşu qəbul edir. Premyer Liqada ilk istefa verəcək şəxsin kim olacağıyla bağlı müxtəlif əmsallar mövcuddur.

Futbolinfo.az xəbər verir ki, bukmeker kontorları istefası gözlənilən 5 namizədə uyğun əmsallar açıqlayıb.

Siyahıya “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq rəhbərlik edir. Onun qovulacaq ilk şəxs olacağına inananlar 2,25 mislində uduşa ümidlidir. Roy Hocsonun “Kristal Pelas”dan digər mütəxəssislərlə müqayisədə daha erkən gedəcəyinə “stavka” edənlər 5,00 əmsalı ilə şirnikləndirilir.

Digər namizədlər bunlardır:

Mauritsio Poçettino (Çelsi) – 9,00

Vensan Kompani (Bernli) – 9,00

Eddi Hau (Nyukasl) – 17,00

Shares: