Aleksis Sançes Səudiyyə Ərəbistanına yollana bilər. Çilili hücumçu bu ölkədən real təklif alıb.
Futbolinfo.az xəbər verir ki, “Əl İttihad”ın yeni baş məşqçisi Marselo Qalyardo təcrübəli hücumçunu sərəncamında görmək istəyir. O, klub rəhbərliyindən bu transferi həll etmələri üçün hərəkətə keçməyi istəyib. Argentinalı çalışdırıcı özü də futbolçuya zəng vuraraq onu inandırmağa çalışıb.
35 yaşlı futbolçu hazırda “İnter”in şərəfini qoruyur. Onun İtaliya klubu ilə müqaviləsi yayda bitəcək. Anlaşmanın müddətini uzatmaq istəməyən milanlılar cənubi amerikalını yanvarda satmağın əleyhinə deyil. Son qərarı futbolçu özü verəcək.