Misli Premyer Liqasının 2023/24 mövsümünün ilk yarısının oyunlarını 132 min 959 tamaşaçı izləyib.
Futbolinfo.az xəbər verir ki, ilk iki dövrədə baş tutan 90 matçda orta tamaşaçı sayı 1477-yə bərabər olub.
18 turun rekordu Tovuzda qeydə alınıb. X turun oktyabrın 20-də keçirilən “Turan Tovuz” – “Qarabağ” görüşündə (2:2) 6000 seyrçi qeydə alınıb.
Qərb təmsilçisi çempionatın tamaşaçı sayındakı mütləq lideridir. “Turan Tovuz”un ev oyunlarını orta hesabla 4322 izləyici seyr edib.
Tovuzlular ən yaxın izləyicilərini 2 dəfədən çox üstələyir. Lideri ötən mövsümün mükafatçıları izləyir. “Neftçi” 2-ci, “Sabah” 3-cü, “Qarabağ” 4-cü yerdə qərarlaşıb. Bu dörd komandadan başqa “Sumqayıt”la “Kəpəz”də də orta göstərici 1000-dən yüksəkdir.
yer | komanda | tamaşaçı | oyun | orta |
1 | Turan Tovuz | 38900 | 9 | 4322 |
2 | Neftçi | 17196 | 9 | 1911 |
3 | Sabah | 13404 | 9 | 1489 |
4 | Qarabağ | 14418 | 10 | 1442 |
5 | Sumqayıt | 11836 | 9 | 1315 |
6 | Kəpəz | 9625 | 8 | 1203 |
7 | Zirə | 8480 | 9 | 942 |
8 | Səbail | 8100 | 9 | 900 |
9 | Qəbələ | 6180 | 9 | 687 |
10 | Araz-Naxçıvan | 4820 | 9 | 536 |
Cəmi | 132959 | 90 | 1477 |