Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ilin ən yaxşı pleymeykerlərinin adlarını açıqlayıb.

Futbolinfo.az IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, İngiltərənin “Mançester Siti” klubunun yarımmüdafiəçisi Kevin De Bröyne üçüncü dəfə reytinqdə birinci olub.

181 xal toplayan belçikalı oyunçu 2020 və 2021-ci ildən sonra yenidən öz mövqeyinin ən yaxşısı seçilib.

5 dəfə ilin pleymeykeri yarışında birinci olan argentinalı Lionel Messi bu dəfə ikinci yerdə qərarlaşıb.

Shares: