İsveçdə hokkey üzrə gənclər arasında dünya çempionatının qrup mərhələsinə yekun vurulub. Son turda Kanada komandası Almaniya millisini 6:3 hesabı ilə məğlub edib. Bununla da kanadalılar qrupda 2-ci yeri tutublar.

Bu nəticədən sonra ¼ final mərhələsinin bütün cütlükləri müəyyənləşib. Yarımfinala çıxmaq üçün oyunlarda İsveç İsveçrə ilə, Kanada Çexiya ilə , ABŞ Latviya ilə , Slovakiya isə Finlandiya ilə qarşılaşacaq. Mərhələnin oyunları yanvarın 2-də keçiriləcək.

Xatırladaq ki, dünya çempionatı İsveçdə təşkil edilir.

Shares: