“Böyük dəbilqə” seriyalı turnirlərin 4 qat qalibi Naomi Osaka 15 aylıq fasilədən sonra ilk rəsmi oyununu keçirib. Yaponiyalı tennisçi analıq məzuniyyətindən sonra ilk oyununda qələbə qazanıb. Bu qələbə  Brisbendəki turnirdə baş verib.

Xüsusi dəvətlə çıxış etdiyi turnirdə Naomi ilk turda almaniyalı Tamara Korpaçla qarşılaşıb. Oyun 6:3, 7:6 hesablı setlərlə başa çatıb.  Görüş 1 saat 50 dəqiqə davam edib. Oyun ərzində Osaka 5 dəfə eys, bir dəfə ikili səhv edib.

Yapon tennisçinin növbəti mərhələdə rəqibi dünya tennis reytinqinin keçmiş bir nömrəsi Karolina Plişkova olacaq. Çexiyalı tennisçi hazırda dünya reytinqində 16-cı pillədədir.

Shares: