“Liverpul” Kertis Consu heyətində saxlamaq istəyir. İngiltərə Premyer Liqasının lideri futbolçuya yeni müqavilə təklif edəcək.

Futbolinfo.az xəbər verir ki, oyunçu ilə hazırkı müqavilə 2027-ci ilin yayında başa çatacaq. Mersisaydlılar bu müddəti daha iki il uzatmaq niyyətindədir. Razılıq əldə edilərsə, futbolçunun maaşı da artırılacaq.

22 yaşlı yarımmüdafiəçi “Liverpul” yetirməsidir. O, sonuncu dəfə anlaşmasını 2022-nin noyabrında yeniləmişdi.

Shares: