Mauritsio Poçettino Noni Maduekenin çıxışından razıdır. “Çelsi”nin baş məşqçisi cinah hüçumçusunun ondan nə gözlədiklərini nəhayət, anladığını deyir.

Futbolinfo.az xəbər verir ki, argentinalı mütəxəssis gən oyunçunun “zadəganlar”ın oyun tərzinə yavaş-yavaş uyğunlaşdığını düşünür: “Maduekeyə görə çox xoşbəxtəm. Düzdür, 6 ay əziyyət çəkdik, lakin artıq ondan nə istədiyimizi yaxşı bilir. Uğurlu olmaq istəyirsə, çox çalışmalı, inkişafa davam etməlidir. Əla istedadı, potensialı var”.

21 yaşlı nigeriyalı PSV yetirməsidir. Bir il öncə “Çelsi”yə transfer olunan futbolçu ilə müqavilənin müddəti 2030-cu ilin yayınadəkdir.

Shares: