Qazaxıstan Futbol Federasiyasının prezidenti Adlet Barmenkulov yeni qərarın qüvvəyə minməsi ilə bağlı sərəncam imzalayıb. Bu sərəncama əsasən, Premyer Liqa adlanan futbol üzrə ölkə çemponatında legioner limiti ləğv edilib.

Artıq komandalar oynamaq üçün meydana istənilən qədər legioner buraxa bilər. Lakin komandanın iştirak ərizəsində Qazaxıstan futbolunun 13 yetirməsi olmalıdır.

Son mövsümdə komandalar eyni anda meydana 7 əcnəbi futbolçu buraxmaq hüququna malik idi, iştirak ərizəsində maksimum 8 legioner ola bilərdi.

Shares: