Türkiyə Super Liqasında təxirə salınmış 16-cı turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, bu gün daha 4 görüş baş tutub.

“Hatayspor” – “Qaziantep” matçı qolsuz bitib. Bu oyunun ikinci hissəsində meydana çıxan Azərbaycan millisinin hücumçusu Renat Dadaşov meydan sahiblərinin heyətində 45 dəqiqə oynayıb.

Dörd qolun vurulduğu “Adana Dəmirspor” – “İstanbulspor” matçında da qalib müəyyənləşməyib. Bu oyunda da meydan sahiblərinin heyətində millimizin qapıçısı Şahruddin Məhəmmədəliyev 90 dəqiqə oynayıb.

“Fatih Karagümrük” evdə “Kayserispor”a, lider “Fənərbaxça” isə “Konyaspor”a böyük hesabla qalib gəlib.

Türkiyə Super Liqası
16-cı tur

9 yanvar

Alanyaspor – Ankaragücü 1:1
Qollar: Balkoveç, 48 – Radakoviç, 68.

Pendikspor – Antalyaspor 0:1
Qol: B.Öztürk, 19.

Kasımpaşa – Başakşəhər 0:3
Qollar: S.Gürlər, 24. Keni, 54. Opoku, 68.

Rizəspor – Beşiktaş 0:4
Qollar: Raşiça, 4. S.Kılıçsoy, 45; 47. C.Tosun, 79.

10 yanvar

Hatayspor – Qaziantep 0:0

Fatih Karagümrük – Kayserispor 4:1
Qollar: Roden, 23; 38; 41. Lasanya, 52 – Morte, 45+2.

Adana Dəmirspor – İstanbulspor 2:2
Qollar: Barasi, 29. Qravillon, 78 – Vorobyovas, 80. Duhaney, 84.

Fənərbaxça – Konyaspor 7:1
Qollar: Dzeko, 11-pen; 32; 40. M.Müldür, 42. Şimanski, 44. Batşuayi, 63. U.Yazgili, 83-öz qapısına – Gilyerme, 90.

11 yanvar

18:00. Sivasspor – Qalatasaray
21:00. Trabzonspor – Samsunspor

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp