Moskva “Spartak”ının müdafiəçisi Leon Klassenin karyerasını Azərbaycanda davam etdirmək ehtimalı hələ də davam edir.

Futbolinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Neftçi” 23 yaşlı sol cinah oyunçusunun keçidindən əl çəkməyib.

Hətta keçidin baş tutma variantının az olmadığı vurğulanıb. Çünki Almaniya əsilli oyunçunun məhz “Neftçi”nin heyətində oyun praktikası toplaması və Rusiyaya daha yaxşı vəziyyətdə qayıtması üçün bunun uğurlu gediş olacağı düşünülür.

Klassenin transfer qiyməti 500 min avroya bərabər göstərilir. “Ağ-qaralar” onu mövsümün sonuna qədər icarəyə götürmək niyyətindədir.

Qeyd edək ki, Leon Klassenin “Spartak”la müqaviləsi gələn ilin yayına qədərdir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp