Azərbaycan millisinin sabiq futbolçusu Vüqar Əsgərov yenidən ölkəmizdə çalışa bilər.

Futbolinfo.az saytının məlumatına görə, bu dəfə futbolçu yox, məşqçi qismində.

38 yaşlı hücumçunun vaxtilə formasını geyindiyi “Araz-Naxçıvan”a dönüşü gündədədir. Naxçıvan təmsilçisi onu əsas komandanın məşqçilər korpusuna cəlb etməyi düşünür. Bu üzdən Əsgərova köməkçi-məşqçi vəzifəsi təklif olunub. Uzun illər Latviyada müxtəlif klublarda çıxış etmiş veteran futbolçunun buna hansı cavabı verəcəyi maraq doğurur.

Qeyd edək ki, Vüqar Əsgərov 2012-2013-cü illərdə Azərbaycan millisinin heyətində 3 oyun keçirib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp