“Liverpul” portuqal futbolçusu Fabio Karvalyonu yenidən icarəyə verib.

Futbolinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, gənc yarımmüdafiəçi Çempionşip təmsilçisi “Hall Siti”də çıxış edəcək. Razılığa əsasən, 21 yaşlı oyunçu mövsümün sonuna qədər aşağı liqa komandasının formasını geyinəcək.

Karvalyo mövsümün ilk dövrəsini icarə əsasında Almaniyanın “Leypsiq” klubunda keçirib. “Hall Siti” isə hazırda Çempionşipdə turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp