Daha bir futbolçumuz Türkiyə 1-ci Liqasında çıxış edəcək. Sərtan Taşkın karyerasını “Manisaspor”da davam etdirəcək.

Futbolinfo.az xəbər verir ki, “Turan Tovuz” cinah müdafiəçisini qardaş ölkə təmsilçisinə satıb. Futbolçu dünən tibbi müayinədən keçib, bu gün isə transfer rəsmən açıqlanacaq. Tovuzlular növbəti mövsümün sonunadək müqaviləsi olan Sərtana görə yaxşı məbləğə sahib çıxıb.

Sonradan “Keşlə”yə çevrilən “İnter”in yetirməsi olan Taşkın “Sumqayıt” və “Zirə”də çıxış etdikdən sonra cari mövsümün əvvəlində “Turan Tovuz”a gəlmişdi. O, manisalılarla ilyarımlıq müqavilə bağlayacaq. Bu komanda hazırda 18 komandanın çıxış etdiyi 1-ci Liqada 11-ci pillədədir.

Türkiyə çempionatının sözügedən liqasında Coşqun Diniyev, Bəxtiyar Həsənalızadə, Vüsal İsgəndərli kimi milli üzvləri çıxış edir, Ramil Şeydayevin də “Kocaelispor”a transferi gözlənlir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp