Cordan Henderson İngiltərəyə qayıdır. Səudyyə Ərəbistanında özünü xoşbəxt hiss etməyən yarımmüdafiəçi yenidən Premyer Liqada top qovacaq.

Futbolinfo.az xəbər verir ki, Türkiyə klublarından da dəvət alan təcrübəli yarımmüdafiəçi “Nyukasl”ın maraq dairəsinə düşüb. “Sağsağanlar” onun transferi üçün hərəkətə keçib.

2011-23 illərdə “Liverpul”un şərəfini qorumuş 33 yaşlı oyunçu ötən yay “Əl İttifaq”a keçmişdi. Amma o, üç illik anlaşmanı erkənpozmağa hazırlaşır. Ərəblər də futbolçudn məmnun deyil və Asiyaya öyrəşməyən Hendersonla elə bu ay vidalaşmağı düşünür.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp