Bu gün səhər Melburnda “Australian Open”in püşkü atılıb. Məlum olduğu kimi turnir “Böyük dəbilqə” seriyasını açır. Bu səbəbdən də tennis ictimaiyyətinin diqqəti məhz bu yarışa yönəlib.
Dünya reytinqinin ilk 2 tennisçisi ənənəvi olaraq fərqli tərəflərdə yer alıblar. Bunlar Novak Cokoviç və Karlos Alkarasdır.

Serbiyalı tennisçinin titula gedən yolu belə olmalıdır: Birinci raundda onun rəqibi təsnifatdan gələn tennisçi olacaq. İkincidə Aleksey Popırin, üçüncüdə Tomas Martin Etçeverri (reytinq sıralamasının 30-cu yeri), dördüncüdə Ben Şelton (16), 1/4 finalda Stefanos Tsitsipasın (7) olma ehtimalı var. Yarımfinalda Novak Yannik Sinnerlə (4) qarşılaşmalıdır. Alkarasın təxmini yolu belədir: birinci raund – Rişar Qaske, ikinci – Daniel Evans, üçüncü – Aleksandr Bublik (31), dördüncü – Tommi Pol (14), 1/4 final – Aleksandr Zverev (6), yarımfinal – Daniil Medvedev (3).
Qadınların tək yarışında potensial 1/4 finallar belə görünür:

İqa Svyontek (Polşa, 1) – Marketa Vondrousova (Çexiya, 7);
Yelena Rıbakina (Qazaxıstan, 3) – Cessika Pequla (ABŞ, 5);
Mariya Sakkari (Yunanıstan, 8) – Kori Qauff (ABŞ, 4);
Ons Jaber (Tunis, 6) – Arina Sabalenka (Belarus, 2).

Əlavə edək ki, keçən il turnirdə Novak Cokoviç və Arina Sabalenka qalib olmuşdular.

Shares: