Basketbol üzrə Avroliqa turnirində 20-ci tura yekun vurulub. “Barselona” qalib gəlməklə yenidən turnir cədvəlində 2-ci yerinə qayıdıb. Katalonlar evdə “Olimpiakos”u 86:78 hesabı ilə məğlubiyyətə uğradıblar.

Digər oyunda İsrailin “Makkabi” komandası İtaliyanın “Virtus” komandasından üstün olub. 95:78. Bu məğlubiyyətdən sonra Bolonya təmsilçisi 3-cü pilləyə yuvarlanıb. Qonaqların heyətində Marko Belinelli 22 xal toplamaqla görüşün ən məhsuldar basketbolçusu olub. “Panatinaikos” , “Fənərbağça” və “Makkabi” komandalarının aktivində 12 qələbə var. Onlar 4-6-cı yerləri bölüşürlər.

Əlavə edək ki, 21-ci tura bu gün start veriləcək. Sabah isə 5 oyunla tura yekun vurulacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp