Beynəlxalq Hokkey Federasiyası (İİHF) İsrail milli komandasını yarışlardan kənarlaşdırıb.

Bu barədə beynəlxalq qurumun mətbuat xidməti məlumat verib.

“Təhlüksəizlik naminə İsrail yığması təşkilatımızın bayrağı altında keçirilən yarışlarda iştirak etməyəcək”, – deyə məlumatda qeyd edilir.

Qadağa, iştirakçıların İsraildə və bu milli komandanın oyunçularının digər ölkələrdə təhlükəsizliyi tam təmin edilənədək qüvvədə qalacaq.

Xatırladaq ki, 2022-ci ilin fevral ayında İİHF Rusiya və Belarus milli komandalarını da yarışlardan kənarlaşdırmışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp