Minifutbol üzrə Azərbaycan çempionatında 5-ci tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, son çempion “Birbaşa Bakı” cari mövsümdə ilk dəfə xal itirib.

Adıçəkilən komanda “Real Bakı”ya minimal fərqlə uduzub. Bu nəticədən sonra bir gün əvvəl qələbə qazanan “Zirə” 15 xalla liderliyi ələ keçirib. “Birbaşa Bakı” isə 12 xalla ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun ilk oyunları yanvarın 9-da keçirilib.

“Aznur” – “Dinamo Gəncə” 5:3
“Real Bakı” – “Birbaşa Bakı” 2:1
“Qalaxy Bakı” – “Odlar Yurdu” 4:2
“İnter” – “Baku Fire” 4:3

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp