“Kəpəz” yeni transferi Camal Cəfərovla bu gün müqavilə imzalayacaq.

Futbolinfo.az-ın məlumatına görə, o, Gəncə klubunda icarə əsasında çıxış edəcək.

Cəfərovun müqaviləyə imza atması onun xəstələnməsi səbəbindən gecikirdi. Amma artıq futbolçu Gəncə klubuna qoşulub.

Xatırladaq ki, 2020-ci ildə Rusiyanın “Anji” klubunun əvəzedici heyətindən “Sabah”a keçən futbolçu mövsümün ikinci yarısından etibarən Gəncə klubunda oynayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp