“Atletiko”nun hücumçusu Antuan Qrizmann Madrid klubunun tarixində ən çox qol vuran futbolçu olub.
Futbolinfo.az xəbər verir ki, o, İspaniya Super Kubokunun yarımfinalında “Real”a qarşı ilk matçda qol vurub.
Bununla da, fransalı futbolçu “Atletiko”nun heyətində 174-cü qolunu vuraraq, Luis Araqonesi (173 qol) keçib. Üçüncü yeri Adrian Eskudero (169 qol) tutur.
Qrizmann “Atletiko”da 371 oyuna çıxıb.