Türkiyə Super Liqasında legioner limiti dəyişdirilib.

Futbolinfo.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası bununla bağlı məlumat yayıb.

Qərara əsasən, 2024/2025 mövsümündən etibarən klubların transfer etdikləri əcnəbi futbolçu sayı 14-dən 12-yə endiriləcək. Limit üç mövsüm bu qaydada tətbiq edildikdən sonra say 11-ə düşəcək. Ancaq oyun günü iştirak ərizəsində limit tətbiq edilməyəcək.

Bundan başqa, əsas komandanın mövsümlük iştirak ərizəsində oyunçu sayı 30-dan 26-ya endiriləcək.

Qeyd edək ki, Türkiyə Super Liqasında komandalar matçların start heyətində maksimum 8 əcnəbi oynaya bilirlər.

Shares: