“Real” məğlubiyyətsizlik seriyasını 20 oyuna yüksəldib.
Futbolinfo.az xəbər verir ki, “kral klubu” son olaraq dünən İspaniya Super Kubokunun yarımfinalının ilk matçında”Atletiko”ya 5:3 hesabı ilə qalib gəlib.
“Real” sonuncu dəfə ötən il sentyabrın 24-də rəsmi oyunda məğlub olub. Bu, İspaniya çempionatında “Atletiko” ilə oyunda baş verib – 1:3.
Bütün turnirlərdə növbəti 20 qarşılaşmada “Real” “Las Palmas” (2:0), “Jirona” (3:0), “Napoli” (3:2 və 4:2), “Osusuna” (4:0), “Braqa” (2:1 və 3:0), “Barselona” (2:1), “Valensiya” (5:1), “Kadis” (3:0), Qranada (2:0), Union (3:2), “Vilyarreal” (4:1), “Alaves” (1:0) və “Malyorka”ya (1:0) qalib gəlib (1:0), “Sevilya” (1:1), “Rayo Valyekano” (0:0) və “Betis”lə (1:1) heç-heçə edib.
“Real” növbəti matçını yanvarın 14-də keçirəcək. Səudiyyə Ərəbistanında Ançelottinin komandası İspaniya Super Kubokunun final oyununda mübarizə aparacaq. Madrid klubu “Barselona” – “Osasuna” cütünün qalibi ilə qarşılaşacaq.