“Ayaks”ı daha 7 il eyni geyim firması geyindirəcək. Amsterdamlılar “Adidas”la müqavilənin müddətini 2031-ci ilədək uzadıb.

Futbolinfo.az xəbər verir ki, Almaniya şirkəti “Ayaks”ın əsas komandasıyla yanaşı, akademiyasının üzvlərini də geyim ləvazimatları ilə təmin edəcək. Bu haqda razılıq əldə edilib və rəsmi müqavilə imzalanıb.

“Ayaks”la “Adidas”ın əməkdaşlığı 2002-ci ildən davam edir. Bu, futbol sahəsində ən uzunmüddətli partnyorluqlardan biridir.

Shares: