“Turan Tovuz” futbolçusu Sertan Taşkınla yollarını ayrıb.

Futbolinfo.az xəbər verir ki, tərəflər arasında bağlanan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Azərbaycan millisinin də üzvü olan futbolçunun karyerasını Türkiyənin “Manisa” klubunda davam etdirəcəyi diqqətə çatdırılıb.

Sertan Taşkına göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Shares: