“Atletiko” Anhel Korreaya əvəzedici tapıb. Səudiyyə Ərəbistanına yollanmaq istəyən argentinalını həmyerlisi əvəz edəcək.

Futbolinfo.az xəbər verir ki, 9 ildir Madrid klubunda çıxış edən 28 yaşlı Korrea “Əl İttihad”dan sərfəli təklif alıb. Yetişdiyi “San Lorenso”dan başqa yalnız “Atletiko”da oynamış Anhel elə bu ay Asiyaya gedəcək. İspaniya klubu onu Tyaqo Almada ilə əvəzləmək niyyətindədir.

“Veles Sarsfild” yetirməsi olan Almada iki il öncə MLS klublarından “Atlanta”ya transfer olunub. ABŞ klubu iki il öncə onun üçün 14,5 milyon avro ödəmişdi. 22 yaşlı istedadlı yarımmüdafiəçinin hazırkı klubu ilə iki illik müqaviləsi qalıb. “Atletiko” onun üçün 27 milyon avro ödəməyin əleyhinə deyil. Korreanın keçidindən əldə olunan gəlir məhz Almadanın alışı üçün sərf ediləcək.

Shares: