“Bayern” “Tottenhem”dən müdafiəçi Erik Dayerin keçidini tamamlayıb. Bu barədə klubun saytı məlumat yayıb.
Futbolinfo.az xəbər verir ki, futbolçu ilə 2024-cü il iyun ayına qədər müqavilə imzalanıb. İngiltərə millisinin üzvü Münhen klubunda 15 nömrəli formanı geyinəcək.
29 yaşlı futbolçu 2015-ci ildən İngiltərə millisinin də üzvüdür. Erik həmçinin 2018 və 2022-ci il dünya çempionatlarında, eləcə də Avro-2016-da iştirak edib. O, yayda gələ Harri Keynin ardınca “Tottenhem”dəm alınan ikinci ingilis futbolçudur.