“Nyukasl” ulduz oyunçularından birini satmağa məcburdur. İngiltərə Premyer Liqasının maliyyə gəlirləri ilə bağlı qaydalarına görə “sağsağanlar”ın xərcləri qazancını üstələdiyindən başqa çıxış yolu yoxdur.
Futbolinfo.az xəbər verir ki, klubdan buna məcbur olduqlarını etiraf ediblər. “The Times”in yazdığına görə, klub Aleksander İsak, Sven Botman və Bruno Gimaraeşdən ən azı biri satılacaq.
Hazırda kiminlə yolların ayrılacağı dəqiqləşməyib. Amma daha çox braziliyalı Gimaraeşin gedişi gündəmdədir. “Nyukasl” çoxsaylı təkliflərdən birni dəyərləndirmək niyyətindədir.