Yeddiqat dünya çempionu Ronni O`Sallivan Londonda keçirilən “Masters” turnirinin yarımfinalına yüksəlib. O, ¼ final matçında Barri Hokinsə 6:3 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, Londondakı “Masters” ən nüfuzlu turnirlərdən biri sayılır. Burada dünya reytinqinin ən güclü 16 snuker ustası çıxış edir.
Ronninin yarımfinalda rəqibi Şon Mörfi (reytinqdə 6-cı) və ya Cek Lisovski (16) olacaq.
Əlavə edək ki, turnirin hazırkı qalibi Cad Trampdır. O, ¼ finalda Ali Karterlə (10) oynayır.
“Masters”in final görüşü yanvarın 14-də olacaq.