Türkiyədə klub prezidentinin döydüyü hakim Halil Umut Meler Super Liqanın 20-ci turuna təyinat alıb.
Futbolinfo.az xəbər verir ki, 37 yaşlı ədalət təmsilçisi “İstanbulspor” – “Konyaspor” matçını idarə edəcək.
Yanvarın 14-də reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 13:30-da başlayacaq.
Qeyd edək ki, Superliqanın XV turunun “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub.