İtaliya A Seriyasında dekabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, bu ada “Milan”ın yarımmüdafiəçisi Kristian Pulişiç layiq görülüb.
25 yaşlı futbolçu “Yuventus”dan Federiko Qattini, “Cenoa”dan Albert Qudmundssonu, “Roma”dan Romelu Lukakunu, “İnter”dən Markus Türamı və “Bolonya”dan Coşua Zirkzeni qabaqlayıb.
Pulişiç ötən ay 5 oyun keçirib, 2 qol vurub və 2 qolun ötürməsini verib.