Milli Hokkey Liqasının növbəti oyun günündə “Monreal Kanadiens” “Edmonton Oylers”i qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Həlledici şaybanın müəllifi Evan Buşar olub. O, Konnor Makdevidin ötürməsindən sonra fərqlənib. Bununla da kanadalı hokkeyçi məhsuldar oyunlar seriyasını 10-a çatdırıb.
Makdevid karyerasında 14-cü dəfədir ki, 10 oyunluq seriyaya çatır. Bununla da o, MHL əfsanələrindən Mario Lemye ilə bərabərləşib. Bu göstəriciyə görə ən yaxşı nəticə Veyn Qretskiyə məxsusdur. Onun aktivində 31 belə seriya var. İkinci yerdə 15 seriyası olan Gi Laflör qərarlaşıb.