İspaniyanın pivə istehsalı nəhənglərindən sayılan “Estrella Galicia” artıq nə “Ferrari” komandasının, nə də Karlos Saynsın maliyyə dəstəçisi deyil. Şirkət “Maklaren” komandası ilə müqavilə imzalayıb.

Məlumata görə, bunun səbəbi italyan komandasının alkoqolsuz “Peroni” brendi ilə əməkdaşlığa başlamasıdır. Bu brend isə əvvəllər “Aston Martin”i dəstəkləyirdi. Belə olan halda “Estrella Galicia” Formula 1 komandaları arasında yeni variant axtarışına çıxaraq seçimini “Maklaren” üzərində saxlayıb.

Xatırladaq ki, ispan şirkəti ilə “Maklaren” əvvəllər də əməkdaşlıq edirdi. Şirkət 2013-cü ildən etibarən Karlos Saynsın şəxsi sponsoru idi.

Shares: