İngiltərə Premyer Liqasının 21-ci turunda “Çelsi” doğma arenada əzəli rəqibi “Fulhem”lə qarşılaşıb. Oyunun ilk hissəsinə əlavə edilən dəqiqələrdə vurulan penalti qolu ilə meydan sahibləri qələbə qazanıblar.

Qolun müəllifi Kolin Palmer olsa da, penalti Rəhim Sterlinqə qarşı kobudluğa görə təyin edilib. Bu da ingilis futbolçunun Premyer Liqada qazandığı 26-cı penaltidir. Çempionat tarixində onun qədər penalti qazanan futbolçu yoxdur.

“Çelsi” artıq bu mövsüm 8-ci penaltini yerinə yetirib. Mövsüm ərzində londonlular bu göstəriciyə görə liderdirlər. Sterlinqin özü cari mövsümdə 3-cü dəfədir ki, penalti qazanır. Oyunçular arasında bu, ən yaxşı göstəricidir.

London komandası qələbədən sonra 8-ci pilləyə yüksəlib. “Zadəganlar” qələbə sayəsində “Mançester Yunayted”ə çatıblar. Hazırda hər iki komandanın aktivində 31 xal var.

Shares: