“İntensiv oyunun şahidi olduq. Meydanda azad zona az idi və hər top uğrunda mübarizə gedirdi”.

Futbolinfo.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Murad Musayev Antalya toplanışı çərçivəsində bu gün Ukraynanın “Vorskla” klubuna qarşı keçirdikləri yoxlama oyunundan sonra deyib.

O, Rusiya klubuna 0:3 hesablı məğlubiyyəti belə şərh edib: “Çox çətin oyun oldu ki, bu da bizim üçün yaxşıdır. Çoxlu fürsətlərimiz olsa da, qola çevirə bilmədik. Rəqib isə demək olar ki, əldə etdikləri bütün epizodları dəyərləndirdi. Bu gün yaxşı oyun keçirdik, sadəcə nəticə istədiyimiz kimi olmadı”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp