Almaniya Bundesliqasında 17-ci tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, son gündə 2 görüş baş tutub.

“Boxum” – “Verder” matçında qalib müəyyənləşməyib. Mönxenqladbax “Borussiya”sı isə “Ştutqart”la ev oyunundan qələbə ilə ayrılıb.

Hazırda 45 xala malik “Bayer” vahid liderdir. 41 xalı olan “Bayern” ikinci, 34 xala malik “Ştutqart” üçüncü pillədə qərarlaşıb. “Leypsiq” 33, Dortmund “Borussiya”sı 30, “Ayntraxt” 27, “Frayburq” 25, “Hoffenhaym” 24 xal toplayıb.

Almaniya Bundesliqası
17-ci tur

12 yanvar

Bayern – Hoffenhaym 3:0
Qollar: Musiala, 18; 70. H.Keyn, 90.

13 yanvar

Auqsburq – Bayer 0:1
Qol: Palasios, 90+4.

Köln – Haydenhaym 1:1
Qollar: Selke, 29 – Bek, 55.

Frayburq – Union Berlin 0:0

Maynts – Volfsburq 1:1
Qollar: Vidmer, 61 – Çerni, 12.

Leypsiq – Ayntraxt 0:1
Qollar: Knauff, 7.

Darmştadt – Borussiya (Dortmund) 0:3
Qollar: Brandt, 24. Roys, 77. Mukoko, 90+2.

14 yanvar

Boxum – Verder 1:1
Qollar: Osterhaq, 64 – Ştark, 90+3.

Borussiya (Mönxenqladbax) – Ştutqart 3:1
Qollar: Hak, 1; 19. Sibaço, 90+1 – Vaqnoman, 56.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp